Pentaqondan Şimali Koreyanı qəzəbləndirəcək NÜVƏ AÇIQLAMASI

Pentaqondan Şimali Koreyanı qəzəbləndirəcək NÜVƏ AÇIQLAMASI

“ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə hazırdır”.

 

Sfera.az bildirir ki, bunu  Pentaqonun rəhbəri Lloyd Ostin Seulda Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sop ilə birgə mətbuat konfransında deyib.

 

“Koreya Respublikasının müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır. Biz adi və nüvə silahları, eləcə də raketdən müdafiə imkanları daxil olmaqla, ABŞ-ın bütün hərbi imkanlarından istifadəni nəzərdə tutan öhdəliyə qətiyyətlə sadiqik”, deyə Lloyd əlavə edib.

 

ABŞ müdafiə departamenti rəhbərinin sözlərinə görə, 2022-ci ildə KXDR görünməmiş sayda təxribat törədib. O qeyd edib ki, ABŞ Cənubi Koreya ilə birlikdə regionda sabitliyi pozan bu “təhlükəli hərəkətləri” pisləyir. Ostin bildirib ki, Cənubi Koreyada 28 500 amerikalı hərbçi xidmət edir və bu, ABŞ-ın xaricdəki ən böyük hərbi kontingentlərindən biridir.

 

"Bu, bizim Koreya yarımadasında sülhün qorunmasına sarsılmaz sadiqliyimizi nümayiş etdirir. Son bir il ərzində ölkələrimiz əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş əldə ediblər".

 

Pentaqon rəhbəri əlavə edib ki, tərəflər KXDR-dən gələn təhlükələr fonunda cavab tədbirlərini gücləndirib və təlimlər keçirirlər.

 

Qeyd edək ki, Ostin bazar ertəsi Cənubi Koreya Respublikasına səfərə gəlib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR