Azərbaycan ATƏT-ə çağırış etdi

Azərbaycan ATƏT-ə çağırış etdi

 

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyəti təşkilatın öz prinsipləri ilə ziddir.

 

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin təşkilatın daimi şurasının iclasında yayılan bəyanatında deyilir.

 

Bəyanatda deyilir ki, Azərbaycan bununla bağlı öz narazılığını bildirir və xüsusən ATƏT çərçivəsində qəbul olunmuş beynəlxalq öhdəliklərinə uyğun olaraq bu fəaliyyətə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırır.

 

Sənəddə bildirilir: "Azərbaycan əhalisinə qarşı hüquq və azadlıqların bu cür fundamental pozulması ATƏT öhdəliklərinin kobud şəkildə pozulması deməkdir.

 

Azərbaycan dəfələrlə üçüncü ölkənin işğal olunmuş Azərbaycan ərazisində iqtisadi və diğər fəaliyyəti barədə çoxsaylı faktlar təqdim edib".

 

Nümayəndəliyin bəyanatında qeyd edilir ki, bu qeyri-qanuni fəaliyyət Azərbaycanın işğal olunmuş ərazilərində birbaşa və ya dolayı yolla demoqrafik tərkibi dəyişir, ermənilərin sayı çoxaldılmaqla didərgin düşmüş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısı alınır.

 

"Biz yenidən ATƏT üzvlərini Azərbaycanın işğal olumuş ərazilərində istənilən fiziki və hüquqi şəxslərin fəaliyyətinin qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırırıq".



OXŞAR XƏBƏRLƏR

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...