Mərkəzi Bank üçüncü hərracda dollar sata bildi

Mərkəzi Bank üçüncü hərracda dollar sata bildi

Azərbaycan Mərkəzi Bankı 2 hərracdan sonra bu gün keçirilən növbəti hərracda xarici valyuta satışına nail ola bilib. 


Sfera.az xəbər verir ki, keçirilən hərracda tələb 29,5 milyon dollar olub. 


Xatırladaq ki, əvvəl keçirilən 3 hərracda cəmi 1,5 milyon dollar satılmışdı. Bu hərracların ikincisində isə xarici valyutaya tələb olmamışdı.


Ümumilikdə, yanvar ayında valyuta hərraclarında xarici valyutaya tələb çox zəif olub. Ay ərzində hərraclarda cəmi 188,6 milyon dollar satılıb. 


Vasifə


 


OXŞAR XƏBƏRLƏR