Baş nazirin müavini Böyük Britaniyanın səfiri ilə görüşdü

Siyasət
13:13 / 31.01.2023
10244
Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.