Saç tökülməsinə səbəb nədir?

Saç tökülməsinə səbəb nədir?

 

Kişi və qadın olmasından aslı olmayaraq saç tökülməsi insanların mühüm problemlərindən biridir.

 

Sfera.az xəbər verir ki, əgər uzun müddətdir ki, saçlarınız tökülməkdə davam edirsə, həkiminizə müraciət etməyinizdə fayda var.

 

Mövsümi saç tökülməsi hansı aylarda olur və nə qədər müddət davam edir?

 

Hər il yaz sonunda başlayıb, bir, yaxud bir ay yarım davam edən saç tökülməsi bizləri fiziki olduğu qədər psixoloji olaraq da narahat edir.


Bəzilərinin fərq etmədən keçirdiyi bu proses, bəziləri üçün çox daha ağır ola bilər. Havaların istiləşməsi ilə bütün təbiət necə titrəyirsə, bahar ayları ilə başlayıb bütün yaz davam edən saçlardakı həyat və böyümə sürəti, havaların sərinləməyə başladığı sentyabr ayı ilə birlikdə sürətini azaldır.


Ömrünü bitirmiş saçlar tökülərkən, yeniləri yaz aylarında olduğu sürətdə uzanmazlar. Əslində bu dövr son dərəcə təbiidir və bir neçə həftə içində hər şey normala dönür.

 

Mövsümi saç tökülməsinin əngəllənməsi üçün nələr edilə bilər?

 

Bu prosesdə heçnə etmədən gözləmək, tamami ilə saçınızın vəziyyətinə bağlıdır. Bəzi əməliyyatlar səbəbi ilə yaranan saç itkisi və saç səviyyəsində azalma zaman içində daha çox problem olur, bəzi saçlar xüsusilə yardıma ehtiyac duyur.

 

Əgər saçınız onsuz da sıxlığını itirməkdə olan bir tipə aiddirsə, tamamilə azalmadan hərəkətə keçərək bəzi xarici dəstəklər istifadə edilməlidir. Bu xarici dəstəklər bəzi vitaminlər olduğu qədər, saç baxım məhsulları da ola bilər.

 

Saç tökülməsini önləyici məhsullar onsuz da ölmüş olan saçlara fayda verməz, ancaq yeni çıxmış və çıxmaqda olan saçların daha sağlam uzanmasına yardımçı olur.

 

Saç tökülməsinin, mövsümi olub-olmadığına daha çox bir mütəxəssisin köməyi ilə qərar verə bilər, yaxud özünüz də test edə bilərsiniz:

 

"Əlinizi başınızın üstünə qoyun, barmaqlarınızı möhkəm bağlayaraq saçlarınıza yapışın və çəkin. Bunu bütün başınıza beş dəfə tətbiq edin. Əlinizə gələn saç tellərini ağ kağızın üzərinə qoyun. Əgər saç teliniz 15-dən çox olarsa, bir mütəxəssisin müalicəsinə ehtiyac vardır".


Saç itkiniz, mövsümlə əlaqəlidirsə və vitamin dəstəyi almağa qərar vermisinizsə, diqqət etməyiniz lazım olan ilk şey, üstünlük verəcəyiniz məhsulun tamamilə bitki mənşəli olmasıdır.


Sintetik dərmanların, bədəndə buraxdığı görünməz izlər, zamanla toplanaraq hüceyrə mutasiyalarına, bir sözlə xərçəngə səbəb ola bilər.

 

Əgər saç tökülmə səbəbiniz düzgün ayırd edilməzsə, istifadə etdiyiniz ən yaxşı və ən bahalı məhsulun da sizə faydası olmayacaq.

 

Vitamin dəstəyi qədər, saç dərisinə edilən və qan dövranını sürətləndirən masaj da saçların sağlam və qüvvətli uzanması üçün faydalıdır.

 

 

Aytac

 

 

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 



OXŞAR XƏBƏRLƏR