Doğuşun oğlu olduğunu deyən gənc Xoşqədəm haqda NƏLƏR DEDİ? - "DNT testinin nəticələrini... "

Doğuşun oğlu olduğunu deyən gənc Xoşqədəm haqda NƏLƏR DEDİ? -

Müğənni Doğuşun oğlu olduğunu deyən Seyid adlı türkiyəli gənc yenidən gündəmə gəlib.

 

Sfera.az xəbər verir ki, o, Xoşqədəm Hidayətqızının DNT testinin nəticələrini dəyişdirdiyini iddia edib.

 

Bu barədə məlumatı müğənni, yazıçı Onur Akay yayıb.

 

Məlumata görə, 22 yaşlı gənc Azərbaycanda verilən qan və saç testinin nəticəsinə inanmadığını bildirib və testin Türkiyədəki xəstəxanalardan birində təkrarlanmasını tələb edib:

 

“Xoşqədəm Hidayətqızı DNT testinin nəticələrini dəyişdirib. Oradakı DNT nəticəsini qəbul etmirəm. Testlərin Türkiyənin xəstəxanalarından birində təkrarlanmasını tələb edirəm. Atamın Doğuş olduğundan əminəm”.

 

Türkiyə mediasının yazdığına görə, bu durum 8 ildir evli olan Xoşqədəm-Doğuş cütlüyü arasında gərginliyə səbəb olub və müğənni Türkiyədə DNT testi verməyə razılaşıb.

 

Xatırladaq ki, müğənni və oğlu olduğunu iddia edən Seyidin Azərbaycanda verdiyi testin nəticəsi 7 yanvarda açıqlanıb. Nəticəyə görə, Doğuş ilə Seyid arasında 99,99% nisbətində heç bir əlaqənin olmadığı ortaya çıxıb. Lakin elə həmin vaxt müğənni instagram hesabında video paylaşıb. Xoşqədəm Hidayətqızını videgörüntüyə etiketləyərək DNT testinin hələ də tam yekunlaşmadığını və nəticəni gözlədiklərini bildirib.

 

Bundan başqa məşhur müğənni yanvarın 4-də Beyaz TV-də yayımlanan “Söyləməsəm olmaz” verilişinə telefonla qatılaraq Seyidi mənəvi oğlu olaraq qəbul edə biləcəyini qeyd edib:

 

“Xəbəri kədərlə oxudum. Hazırda həyat yoldaşım Xoşqədəm xanım və uşaqlarımla Dubayda tətildəyik. Atası olduğumu iddia edən gənci tanıyıram. O, həyat yoldaşımın Azərbaycanda yayımlanan verilişinə də qatılıb. Fenomendir. Seyid adı ilə tanınır. Verilişdə də atası olduğumu iddia etdi. Bir az bənzərlik var, amma bu, mümkün deyil. Xəbərdən sonra birbaşa DNT testi verdim və nəticəyə tam əminəm. Onu mənəvi oğlum kimi qəbul edə bilərəm, bundan o tərəfi mənə və ailəmə zərər vurar. Minlərlə uşaq oxuduram, onlar da mənim övladım kimidirlər. Prosesin necə davam edəcəyi mənə də sizin kimi maraqlıdır”.

 

Qeyd edək ki, Doğuş-Xoşqədəm cütlüyü 2014-cü ildə ailə qurub. Onların Arda və Arın adlı ekiz oğul övladları var. ("Savash")


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...