İlk “Addams Ailəsi” serialının aktrisası vəfat etdi

İlk “Addams Ailəsi” serialının aktrisası vəfat etdi

1960-cı illərdə orijinal “The Addams Family” teleserialında Çərşənbə rolu ilə tanınan aktrisa Lisa Lorinq 64 yaşında vəfat edib. Ölümün səbəbi insult olub.
 

Sfera.az bildirir ki, bu barədə CNN məlumat verib.
 

Yaxın rəfiqələri iflicin aktrisanın çox siqaret çəkməsi və yüksək təzyiqdən əziyyət çəkməsi səbəbindən baş verdiyini bildiriblər. Üç gün ərzində o, süni tənəffüs aparatına qoşulub, lakin sonda ailəsi onu aparatdan ayırmaq qərarına gəlib. Ömrünün son anlarında qızları onun yanında olublar.
 

Lisa Lorinq “Addams Ailəsi”ndə Çərşənbə Addams rolunu oynayıb. 1964-1966-cı illərdə 64 epizodda çəkilib.
 

Lorinqin dörd evlilikdən iki qızı var.
 

Lorinq bu yaxınlarda Netflix “Adam Ailəsi” serialının yenidən çəkilişi sayəsində diqqət mərkəzinə qayıdıb.
 

Lisa Lorinq “Adam Ailəsi” çəkilişində cəmi altı yaşında olub. Bundan əvvəl isə o, model kimi çalışıb.

Açıklama yok.

Əslində Çərşənbə rolunu oynayan bütün aktrisalar Liza Lorinqin yaratdığı obrazı kopyalayıblar. Onun xarakteri şirin, eyni zamanda qaranlıq idi. Ürpədici ev heyvanlarını sevirdi. Müxtəlif vaxtlarda onun Lüsifer adlı kərtənkələsi, Homer adlı qara hörümçək və başsız bir kuklası olub.


Serialın ikonik səhnələrindən birini Lorinq 1977-ci ildə “Yeni Addams Ailəsi” ilə Halloween televiziya filmində təkrarlayıb.
 

Daha sonra bu rolu 1991-ci ildə məşhur “The Addams Family” və davamı “The Addams Family Values” ​​filmində Christina Ricci oynayıb.
 

Qeyd edək ki, Lorinqin ölümü ilə Astin orijinal Addams ailəsinin sağ qalan sonuncu üzvü sayılır.
 

Xatırladaq ki, ilk sezonun uğurundan sonra Netflix “Çərşənbə” serialının ikinci sezonunu rəsmən elan etmişdi.

 

Aynil


OXŞAR XƏBƏRLƏR