Xurafat tarixi - Qara pişiklər həqiqətən bədbəxtlik gətirirmi?

Xurafat tarixi - Qara pişiklər həqiqətən bədbəxtlik gətirirmi?

Ürəkdən inansaq da, xurafat olduğunu dərk etsək də, qara pişiyin yanından keçəndə bir çoxumuz əsəbləşirik. Bəs bizdə kök salmış bu absurd inancın mənbəyi nədir?

 

Sfera.az bu xurafar inancın təfərrüatlarını təqdim edir.

 

Tarixə nəzər saldıqda pişiklərin bəzi cəmiyyətlər üçün xüsusi yeri olduğunu görürük.

 

Məsələn, Qədim Misirdə belə idi. E.ə. 3000-ci illərə nəzər saldıqda görürük ki, pişiklər rənglərindən asılı olmayaraq, hörmətli varlıqlardır. Bu dövrdə pişiklər cəmiyyət tərəfindən heyvanlar aləminin rok ulduzu kimi görülür və pişiyi öldürmək ən böyük cinayətlərdən biri hesab olunurdu.

 

Məhz orta əsrlərdə pişiklər sahib olduqları bu statusu itirməyə başladılar.

 

Bunun səbəbi, bu dövrdə pişiklərin cadugərliklə əlaqəli olmasıdır. Orta əsr cəmiyyətlərində böyük qorxu mənbəyi olan cadu təcrübələri səbəbiylə sahibsiz pişikləri bəsləyən qadınlar qara cadugərlikdə günahlandırılıb və bu da zamanla pişiklərin nüfuzunu itirməsinə səbəb olub.

 

Cadugərlərin yoldaşları kimi görünməyə başlayan pişiklər indi də cəmiyyət üçün ürküdücüdür.

 

Bu inam o dövrün əfsanələri ilə daha da möhkəmlənmişdir. Məsələn, 1560-cı illərdə İngiltərədə baş verdiyi iddia edilən bir hekayəyə görə, aylı bir gecədə gəzən ata və oğul, qarşılarından qara pişiyin keçdiyini görüb, o vaxt insanların çoxu kimi ona daş atmağa başlayırlar. Yaralanan pişik yaxınlıqda olan və cadugərlik etməkdə şübhəli bilinən qadının evinə girərək yoxa çıxır.

 

 

Ertəsi gün ata və oğul şəhərdə pişiyin evinə girdiyi qadını görürlər.

 

Maraqlıdır ki, qadın axsayır, qollarında və başında göyərmə izləri olub. Ata və oğul bunun qəribə bir təsadüfdən daha çox olduğunu düşünür. Bütün şəhərə yayılan bu əhvalata görə cadugərlərin gecələr qara pişiyə çevrildiyi inamı geniş yayılır. Üstəlik, bu hekayələrdən yalnız biridir. Orta əsr cəmiyyətləri də qara pişikləri cadugərliklə başqa yollarla əlaqələndirirdilər.

 

Bu münasibət illərdir qəbul edilmiş və bütün dünyaya yayılmışdır.

 

Cadugərlərin gecələr gözə dəymədən küçələrdə dolaşmaq üçün qara pişiyə çevrildiyi inancı ABŞ-da Salem Cadugər Məhkəmələri zamanı da əsas inam olmuşdur. O dövrdə geniş şəkildə qəbul edilən bu inancın izlərinə bu gün, xüsusən də ABŞ-da keçirilən Halloween şənliklərində rast gəlmək olar. Bu bayramın yaranması və inkişafı tamamilə başqa mənşəyə əsaslansa da, bu şənliklərdə cadugər və pişik münasibətləri də üstünlük təşkil edir.

 

 

Bununla yanaşı, dünyanın bəzi mədəniyyətlərində qara pişiklər uğurlar simvolu olmağa davam edir.

 

Məsələn, Şotlandiyada bir evə girən sirli qara pişiyin o evə bolluq gətirəcəyinə inanılır. 19-cu əsr quldurlarına görə, əgər qara pişik sizə yaxınlaşırsa, bu, pisdir. Yox əgər sizdən uzaqlaşırsa, bu, uğur sayılır. İngiltərənin bəzi yerlərində toy hədiyyəsi olaraq verilən qara pişiyin gəlinə uğurlar gətirdiyinə inanılır.

 

Bir sözlə, qara pişiklərin bədbəxtlik gətirdiyinə dair inanc, dəyişdirilməsi lazım olan sosial olaraq qurulmuş bir inancdır.

 

Çünki bu cür inanclar bəzən heyvanlarla pis rəftara səbəb olur. Qara pişiklər digər heyvanlar kimi sevimli və məsumdurlar. Çalışaq xurafata və batil inancları keçmişdə qoyaq. Tarixi yenidən yazaq...

 

Aysel

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR