Ölümündən sonra dostlarına emaillər göndərən adam - FOTO

Ölümündən sonra dostlarına emaillər göndərən adam - FOTO

Cek Froz 32 yaşında qəfil ürək dayanmasındam ölüb. Dostları Cek Frozun vəfatı ilə bağlı yas saxlayarkən, qəfildən ölən adamdan məktublar almağa başladılar. Bəs bu e-poçtları kim göndərib?


Cek Froz 2011-ci ilin iyununda 32 yaşında ürək aritmiyasından ölüb.



Lakin ölümündən beş ay sonra ən yaxın dostlarından bəziləri onun hesabından sirli maillər almağa başlayıblar.
Əvvəlcə bunu başqasının etdiyi düşünülsə də, mesajlarda onun ölümündən sonra baş verən şəxsi söhbətlər və hadisələr öz əksini tapıb.



Bu e-poçtlardan payını alanlardan biri də Cekin yaxın dostu Tim Hart olub.

 

Ceklə 17 ildir ən yaxın dost olan Tim Hart e-poçtunu açanda Cek Frozdan "İzləyirəm" başlıqlı mesajı görəndə şoka düşüb.



Poçtu oxuyan Hart bu cümləni gördü:



“Məni eşidirsən? Sənin evindəyəm. Çardaqı təmizləyin!!!”


E-poçtu oxuduğu anda rəngi ağaran Hart daha çox təəccüblənib.



Çünki Cek ölməzdən bir qədər əvvəl Timin evinin çardağında söhbət edərkən içindəki qarışıqlıq və toz haqqında zarafat etmişdi.
Hartın aldığı e-poçtlardan əlavə, əmisi oğlu Cimmi Makqrou da Cekin ölümdən sonra ayaq biləyinin zədələnməsi ilə bağlı elektron məktub alıb.



“Salam Cim, necəsən? Biləyini sındıracağını bilirdim, səni xəbərdar etməyə çalışdım.Daha diqqətli olmalısan”.



Cekin dostları və ailəsi onun hesabının sındırıldığına inanmadıqlarını deyərək, onun parolunun heç kimdə olmadığını bildiriblər.

Ailə üzvləri və dostları ğCek Froz adlı şəxsin e-poçtlarına "müqəddəs hədiyyələr" kimi baxırlar.


Aynil

Açıklama yok.


Açıklama yok.


OXŞAR XƏBƏRLƏR