Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Laçın yolunun guya bağlanması ilə bağlı bütün xəbərlər reallığa uyğun gəlmir, yolboyu hərəkət sərbəstdir, yolun özünə isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları nəzarət edir.

 

Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

 

O, deyib ki, əslində bu yolda azərbaycanlı ekoloqların dinc etiraz aksiyası keçirilir:

 

"Onların özləri dəfələrlə bəyan ediblər ki, heç bir şəkildə nəqliyyatın hərəkətinə mane olmurlar, Laçın yolu ilə hər gün çoxlu sayda minik və yük maşınları keçir, onların sayı yüzlərlə, bəzən isə minlərlə olur".

 

E.Məmmədov qeyd edib ki, İrəvan dinc aksiyadan istifadə edib Azərbaycanla sülh sazişi üzrə danışıqlara təsir göstərməyə çalışır.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...