Mübariz Qurbanlı: Məscidlərə qadınlar da təyinat alacaq

Mübariz Qurbanlı: Məscidlərə qadınlar da təyinat alacaq

Azərbaycanda məscidlərə ibadətlər üçün qadınlar da gəlir, böyük məscidlərdə qadınların ibadəti üçün ayrıca yer var.

 

Ona görə də əsas məscidlərdə dini ayinlərin icraçısı vəzifəsinə qadınların da təyinat alması tədricən həyata keçiriləcək. Dini komitə tərəfindən elan edilən müsabiqədə qadınlara da yer verilib.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bu qadınlar ya İlahiyyat İnstitutunun, ya Bakı İslam Universitetinin və ya dini kolleclərin məzunları olmalıdır.

 

"Ümumiyyətlə, qanunun tələbi odur ki, məsciddə dini ayinlərin icrasını həyata keçirən şəxs mütləq dini təhsili olan Azərbaycan vətəndaşı olmalıdır.

 

Qadınların məscidlərə təyinat alması burada imam vəzifəsi yerinə yetirmək üçün deyil, məsciddə imamın tövsiyəsi ilə hər hansı dini məclisə qatıla biləcək, qadınların qatıldığı dini məclisləri idarə edəcək", - deyə o əlavə olacaq.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

 

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...