Azərbaycanda tanınmış mütəxəssis VƏFAT ETDİ

Azərbaycanda tanınmış mütəxəssis VƏFAT ETDİ

Azərbaycanın su-meliorasiya sahəsinin tanınmış mütəxəssisi Abid Nağıyev vəfat edib.

 

Sfera.az-ın məlumatına görə, o, 84 yaşında dünyası dəyişib.

 

A.Nağıyev Ağstafa rayonunda dəfn edilib.

 

Qeyd edək ki, A.Nağıyev 1939-cu ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildən "Azərsutikinti" İdarəsinin Qazax rayon Tikinti Quraşdırma İdarəsində fəhlə-texnik kimi başlayıb.

 

1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alıb.

 

O, 50 ilə yaxın su-meliorasiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

A.Nağıyev 1991-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib. 1993-2000-ci illərdə yenidən "Azərsutikinti" İdarəsinin Ağstafa rayon TQİ-da rəis kimi, 2000-2003-cü illərdə isə "Azərsutikinti" Səhmdar Cəmiyyətinin "Ağstafasutikinti" törəmə müəssisəsinin baş mühəndisi vəzifəsini tutub.

 

O, 2006-cı ildən "Azdövlətsutəsərrüfatı” tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin TOMİQBM-nin nəzarətçi mühəndisi kimi çalışıb.

 

A.Nağıyev işlədiyi dövrdə Qazax və Ağstafa şəhərlərində çoxlu sayda yaşayış binaları, Qazax şəhər 1 nömrəli orta məktəbi, Qazax şəhəri Nərimanov qəsəbəsində orta məktəbi tikib istifadəyə verib. 1986-1987-ci illərdə tutumu 20 milyon kubmetr olan Coğaz çayı üzərində su anbarı, Kəmərli kəndində su anbarı, 1984-1985-ci illərdə Şıxlı, Qaymaqlı və Kəmərli kəndlərinin torpaqlarını suvarma məqsədilə Kür çayından 4 pilləli nasos stansiya tikdirib, 1988-ci ildə 7 saylı Tikinti Quraşdırma İdarəsi üçün tikdirdiyi binanı Ağstafa rayonunda hazırda fəaliyyət göstərən Mərkəzi Xəstəxanası və poliklinikası üçün əvəzsiz olaraq verib, 1997-ci ildə Ağstafa şəhərinin içməli suya olan probleminin hall edilməsi məqsədilə Həsənsu çayından Ağstafa şəhərinə su xəttini çəkdirib.

 

1978-1979-cu illərdə Tovuz rayonu ərazisində Kür çayı üzərindən su anbarının tikintisini həyata keçirib, 14 nömrəli TQİ-nin daxili imkanları hesabına idarə işçiləri üçün 20 yaşayış binası tikib istifadəyə verib. Qazax və Ağstafa rayonlarında 100 km-lərlə suvarma sistemləri və irriqasiya obyektlərinin tikintisini həyata keçirib. Qırlı kəndinə gələn Kəhriz xəttini asaslı təmir edib.

 

A.Nağıyev 1982, 1987, 1995-ci illərdə Ağstafa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

 

2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı il “Tərəqqi” medalı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...