Dərnəgül yolunda tikiləcək 3 yeni stansiya ilə bağlı YENİ XƏBƏR

Dərnəgül yolunda tikiləcək 3 yeni stansiya ilə bağlı YENİ XƏBƏR

"Bakı Metropoliteni"nin xətlərinin ayrılması yeni konseptual inkişaf sxemi hazırlanan dövrdən ən aktual məsələdir. Belə ki, "İçərişəhər" və "Dərnəgül" metro stansiyaları istiqamətlərində xətlərin ayrılması planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, xətlərin ayrılması üçün "Dərnəgül"dən "Koroğlu" istiqamətinə 3 stansiya inşa olunmalıdır. 

 

Bu stansiyaların inşaasına nə vaxt başlanacağı maraqla gözlənilir. Məsələyə münasibət öyrənmək üçün “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki Dərnəgüldən sonrakı stansiyalar, xətlərin ayrılması layihəsinin tərkib hissəsidir: "Bu məsələ Bakı şəhərinin inkişaf istiqamətlərini nəzərdə tutan və vahid konsepsiyanı ortaya qoyan Baş Planın tərkib hissəsinə daxil edilib.

 

Hazırda Bakının Baş Planı üzərində işlər davam etdirilir. İnteqrasiya olunmuş nəqliyyat, metropolitenin bu istiqamətdə rolu və yeri, inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunur. Bakının Baş Planı ilə bağlı müvafiq mərhələlər başa çatdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Hazırda konkret tarix demək mümkün deyil. Çünki Baş Plan təkcə metro xətlərindən ibarət deyil, şəhərin bütün inkişaf istiqamətlərini nəzərdə tutan sənəddir. Buna görə, bu işlər kompleks şəklində həllini tapacaq".


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...