Dünyanın ən böyük avtomobil istehsalçısı BİLİNDİ: 10,5 milyon maşın satıb

13:55 / 30.01.2023
3072
Yaponiyanın “Toyota” şirkəti üçüncü ildir ki, dünyanın ən böyük avtomobil istehsalçısı olub.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət 2022-ci ildə 10,5 milyon ədəd avtomobil satıb.
Qeyd edək ki, hazırda dünyada avtomobil istehsalında 3 lider şirkət var. Bunlar “Toyota”, Almaniyanın “Volkswagen” və ABŞ-ın “General Motors” şirkətləridir.
Bu 3 şirkətdən yalnız “Toyota” bir ildə 10 milyon ədəd və daha çox avtomobil satır.
Digərlərinin satış sayı 7-8 milyon ədəd təşkil edir.
Vasif