İranın XİN rəhbərindən Avropanın tətbiq edəcəyi sanksiyalara CAVAB

İranın XİN rəhbərindən Avropanın tətbiq edəcəyi sanksiyalara CAVAB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması kimi “qara siyahıya” salınacağı təqdirdə cavablarının sərt olacağını bildirib.

 

Sfera.az xəbər verir ki, nazir bu sözləri bazar günü Avropa Birliyinin sanksiyalarının hədəfinə çevrilmiş İran parlamentinin dörd üzvü ilə görüşündə deyib.

 

Abdullahiyan Avropa Birliyinin bu addımını şiddətlə qınayıb və Avropanı İrandakı vəziyyəti “dəqiq başa düşməkdə” ittiham edib.

 

Onun sözlərinə görə, Avropa səlahiyyətliləri öz zəifliklərini tam bilirlər və buna görə də “B planı”nı həyata keçirməli olduqları qənaətinə gəliblər.

 

Xatırladaq ki, ötən həftə  Avropa İttifaqı İrana qarşı insan hüquqları pozuntularına görə əlavə məhdudlaşdırıcı tədbirlər elan edib. Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə baş tutan toplantısında daha 18 iranlı fiziki şəxs və 19 qurum sanksiya siyahısına əlavə edilib.

 

Bundan başqa, Avropa Parlamenti yanvarın 19-da SEPAH-ı “qara siyahı”ya salmağa çağıran qətnamə qəbul edib. Qətnamə bununla bağlı qərar qəbul edilməsi üçün Avropa Şurasına göndərilib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR