“İranla quru sərhədini bağlı saxlamalıyıq...” –  Natiq Cəfərli

“İranla quru sərhədini bağlı saxlamalıyıq...” –  Natiq Cəfərli

“Quru sərhədlərimizin bağlı qalmasının əsas səbəblərindən biri bölgəmizlə bağlı proqnozlaşdırılan ciddi təhlükələr idi”.

 

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O, qeyd edib ki, son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirib:

 

“Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə təxliyə edilməsi doğru qərardır. Son hücum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədini bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yollarını açsın”.

 

Partiya funksioneri bildirib ki, bu addım əvvəl atılsaydı, İrandan etirazlara formal bəhanə yaranardı:

 

“İndi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq. Bu həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar...”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR