ABŞ-nin Ukraynaya tank tədarükü gecikəcək – “Washington Post” səbəbi YAZDI

ABŞ-nin Ukraynaya tank tədarükü gecikəcək – “Washington Post” səbəbi YAZDI

“ABŞ hökuməti Ukraynaya “Abrams” tanklarını tədarük etmək haqqında qərar qəbul etsə də, bu qərarın icrası xeyli vaxt aparacaq. Tankların ən tez 2023-cü ilin sonunda çatdırılması mümkün olacaq”. 


Sfera.az xəbər verir ki, bu məlumatı “Washington Post” nəşri yayıb. 


Qəzet yazır ki, tank tədarükünün gecikməsinə səbəb tankların Ukraynadakı şəraitə uyğun istehsalı ilə bağlıdır. ABŞ Ukraynaya xüsusi zirehlər olmayan tanklar tədarük etmək fikrindədir. Buna görə də tankları istehsal edən şirkətə xüsusi sifariş veriləcək. Qəzetin əldə etdiyi məlumata əsasən, bu sifarişin icrası 2023-cü ilin sonundan tez olmayacaq. 


Xatırladaq ki, ABŞ Ukraynaya 31 ədəd “Abrams” M1A2 tanklarını verməyi düşünür. Məqalədə bildirilir ki, tanklar ABŞ-ın hərbi ehtiyatlarından götürülməyəcək, yeni olacaq. Buna görə də, tankların istehsalı bir qədər vaxt aparacaq. Ehtimal edilir ki, tankların tədarükü hətta gələn ilin əvvəlinə qədər uzansın. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR