Putin Britaniyanın keçmiş baş nazirinə: “Boris, sən deyirsən ki...”

Putin Britaniyanın keçmiş baş nazirinə: “Boris, sən deyirsən ki...”

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı başlamazdan öncə Vladimir Putinlə olan söhbətinin təfərrüatlarını açıqlayıb.

 

Sfera.az bildirir ki, Consonun sözlərinə görə, ötən ilin fevralında baş tutan uzun telefon danışığında o, Rusiya prezidentinə  hücumun yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib. Lakin Putin buna cavab olaraq Britaniyanın baş nazirini qorxutmağa, təhdid etməyə çalışıb.

 

“Putin “Boris, sən deyirsən ki, Ukrayna tezliklə NATO-ya daxil olmayacaq. Nə vaxtdan danışırsan?”, deyə söylədi. Mən isə qarşılığında “Ukrayna yaxın gələcəkdə Alyansa daxil olmayacaq. Siz bunu çox gözəl bilirsiniz”, - dedim.

 

Söhbətimiz zamanı Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasının “tam bir fəlakət” olacağını, bunun sanksiyalara zəmin yaradacağını açıqladım. Kiyevin isə Londonun dəstəyinə arxalana biləcəyini vurğuladım”.

 

Britaniyalı siyasətçinin fikrincə, Ukraynanın NATO-ya daxil olması ehtimalı az idi, çünki Fransa və Almaniya buna qarşı çıxırdı.

 

Qeyd edək ki, Conson müvafiq təfərrüatları yanvarın 30-da “BBC” tərəfindən nümayiş etdiriləcək "Putin Qərbə qarşı" adlı üç hissəli sənədli filmdə təqdim edib. Onun qeyd etdiyi telefon danışığı fevralın 2-də Ukraynaya səfərindən sonra olub. Conson və Putin arasındakı sözügedən danışıqlardan sonra isə “Downing Street” ofisinin bəyanatında qeyd olunub ki, liderlər Ukraynada vəziyyətin pisləşməsinin heç kimin marağında olmadığı barədə razılığa gəliblər. Bəyanata əsasən, baş nazir qeyd edib ki, bütün Avropa demokratiyalarının NATO-ya üzv olmaq hüququ var və bu, Ukraynaya da aiddir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR