İdmançılara qadağan olunan maddələr açıqlandı
İdman
17:43 / 05.10.2016
2330
WADA-nın İcraiyyə Komitəsinin Lozanna iclasında qəbul olunmuş yeni dərman siyahısı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib.
Sfera.az Sputnik.az-a istinadən xəbər verir ki, siyahı WADA-nın rəsmi saytında yayınlanıb.
WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş yeni dərman siyahısı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.