Su kanalına aşan maşında ölənlərin kimliyi məlum oldu - FOTOLAR

Hadisə
23:43 / 29.01.2023
15544
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.
Nəticədə sərnişinlər - Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
**
Sürücü V.Məmmədov tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.