İrandan diplomatlarımızı gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı - VİDEO

Hadisə
21:14 / 29.01.2023
14233
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.
Sfera.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, buna səbəb İran tərəfinin tələbi olub.
Qeyd edək ki, İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana bu saatlarda yola düşməli idilər.
Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.