Əhalinin 8%-i talassemiya daşıyıcısıdır

Əhalinin 8%-i talassemiya daşıyıcısıdır
 
"Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb və əhalinin 8 faizi talassemiya daşıyıcısıdır”.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, xəstələrin müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir.

Z.Əlimirzayeva qeyd edib ki, talassemiyalı xəstəliyinin profilaktikası, xəstə sayının azalması üçün yeni ailə qurmağa hazırlaşan cütlüklərin müayinəsinin aparılmasına başlanıb: 

"Artıq bu müayinələr də öz nəticələrini verməkdədir. Bu müddət ərzində 197554 şəxs tibbi müayinədən keçib, onlardan 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Eləcə də 71 cütlükdə - yəni hər ikisində, talassemiya daşıyıcılığı üzə çıxıb. Cütlüklərdə talassemiya aşkarlansa, hamiləliyin 12-18-ci həftəsində döldən material götürülür və Hematologiya İnstitutunda molekulyar, genetik müayinə aparılıb. Bu vaxta kimi üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər. Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib”.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində (RPM) "Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfrans keçirilib. Respublikanın baş hematoloqu, baş neonatoloqunun və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssislərinin iştirak etdiyi konfransda bir sıra maraqlı mövzularda təqdimatlar keçirilib. Təqdimatlar "RPM-də aşkarlanan genetik xəstəliklər”, "Amniosentez və CVC-nin perinatal diaqnostikada rolu”, "Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı”, "Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi”, "Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlar” barədə olub.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...