Goranboyda küçədən körpə meyiti tapıldı

Kriminal
18:23 / 29.01.2023
16150
Goranboyda küçədən körpə meyiti tapılıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, dərhal polis və rayon prokurorluğunun əməkdaşları əraziyə gəliblər. Meyit müayinə olunası üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.