Azərbaycanda Baş nazirin sabiq müavini vəfat etdi - FOTO

Hadisə
12:51 / 29.01.2023
15574
Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları bildirib.
Qeyd edək ki, Ə.Məmmədov 1992-1994-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
Əsgər Məmmədov 1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib.
O, həmçinin 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Allah rəhmət eləsin.