Mağazanın damını sökərək oğurluq edən şəxs TUTULDU

Mağazanın damını sökərək oğurluq edən şəxs TUTULDU

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə yerindən yayınıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O, ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut kimi götürülüb.

 

Şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə Göyçay şəhər sakini İlqar Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı İlqar Muradovun həmin narkotik vasitə və psixotrop maddəni keçmiş məhkum Pərviz Abdullayevdən aldığı müəyyən edilib.

 

Şübhəli şəxs qismində saxlanılan Pərviz Abdullayevin üzərinə və yaşadığı ünvana baxış keçirlərkən heroin, marixuana, metadon, eləcə də tramadol həbləri aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...