Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.

 

Sfera.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, Şəki şəhər sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Elmar oğlu Adışirinov və 2006-cı il təvəllüdlü Yəhya Məmmədov arasında baş verən mübahisə nəticəsində 17 yaşlı Yəhya Məmmədov özündən 12 yaş böyük 29 yaşlı Xəyyam Adışirinova bıçaqla xəsarət yetirib.

 

Yaralanan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo”ya bildirib ki, hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Mübahisənin hansı zəmində baş verməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.

 

Məlumata görə, hadisə tərəflər arasında söyüşə görə baş verib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...