İbrahimoviçə Agüerodan SƏRT CAVAB

İbrahimoviçə Agüerodan SƏRT CAVAB

Karyerasının son pillələrində olan "Milan"ın ulduzu Zlatan İbrahimoviç bu yaxınlarda 2022-ci il dünya çempionatı zamanı Argentinanın hörmətsiz davrandığını və çempionluq qazanan heyətdən yalnız Lionel Messinin xatırlanacağını bildirib.
 

Sfera.az biıdirir ki, İsveçli ulduz Fransa mətbuatına verdiyi müsahibədə Argentina yığmasının futbolçularını sərt tənqid edib.
 

İbrahimoviçin Argentinaya sözlərinə reaktiv cavab isə Kun Agüerodan gəlib. 2021-ci ildə futbolu tərk etməsinə baxmayaraq, Argentina ilə Qətərdə olan əfsanə Agüero Twitch yayımı açıb və İbrahimoviçə sərt reaksiya verib.


“Mançester Siti”də çempionluq yaşayıb yaşıl meydanlarla vidalaşan Agüero daha əvvəl dəfələrlə qarşılaşdığı köhnə dostu İbrahimoviçə:
 

“Gəlin yadınıza salaq ki, siz də pis davranırdız, elə deyilmi? “Mançester Yunayted”ə qarşı oynadığımı xatırlayıram. Mən skamyada idim. Təhrik edirdiniz, cavab verirdiniz. Düşünürəm ki, Argentina üçün narahat olmaqdansa, ilk növbədə ölkəniz, hətta kuboka vəsiqə qazana bilməyən İsveç və dünya çempionatında iştirak etməyən futbolçularınız üçün narahat olun”-deyib.

 

“Siti və Yunayted matçında Nikolas Otamendi ilə döyüşdüyünüzü xatırlayıram. Pep Qvardiola ilə də mübahisə etmisiniz. Güman edirəm ki, buna görə Pep səni Barselonadan göndərmək istəyib. Komanda yoldaşlarıma hörmətsizlik etdin. Sən məni vurdun və indi mən də səni vurmuşam kimi hiss edirəm. Biz dünya çempionuyuq, Zlatan. Messi dünyanın ən yaxşısıdır, üzr istəyirəm”.
 

Olduqca ağır geri qayıdan ikilinin açıqlama davalarının davam edib-etməyəcəyi maraq doğurur. İti dili ilə seçilən İbrahimoviçin əvvəlki açıqlamalarını da nəzərə alsaq, bu mübarizənin daha da böyüyəcəyi proqnozlaşdırılır.


 


OXŞAR XƏBƏRLƏR