UFC ulduzu Konor Makqreqoru maşın vurdu - Paylaşdığ şəkil səs-küy doğurub 

UFC ulduzu Konor Makqreqoru maşın vurdu - Paylaşdığ şəkil səs-küy doğurub 

Qarışıq döyüş növləri üzrə döyüşçü və “Ultimate Fighting Championship” (UFC) iştirakçısı Konor Makqreqor avtomobilin onu vurduğunu deyib. 

 

Sfera.az bildirir ki, idmançı hadisə yerindən kadrları İnstaqram səhifəsində yerləşdirib.

 

Konor Makqreqor velosiped sürərkən onu maşın vurub. UFC ulduzunun sözlərinə görə, sürücü günəş işığı düşməsi səbəbindən onu görməyib və tam sürətlə vurub.

 

Qəza nəticəsində o ciddi xəsarət almayıb. Daha sonra Konor Makqreqor sosial şəbəkədə omba nahiyəsində uzun cızıqları əks etdirən foto yayımlayıb.

Bu foto əslində həm media, həm də sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. 

 

 

"Şükürlər olsun, Rəbbim, mənim vaxtım hələ gəlməyib. Güləş və cüdo sayəsində. Vurulma zamanı etdiyim manevr həyatımı xilas etdi"- deyə idmançı paylaşımında bildirib. Videolardan birində vəziyyəti müzakirə edərkən, o: “Ölə bilərdim”-deyib. 

 

 

Konor Makqreqorun kamerası özünü Nik kimi təqdim edən sürücü ilə söhbətini də lentə alıb. Kişi məşhurdan dəfələrlə üzr istəyib, daha sonra sınıq velosipedi baqajına yerləşdirərək onu maşını ilə evinə aparıb. İdmançı vəziyyətə sakit reaksiya verib, qəzanın nəticələri daha da pis ola bilərdi deyib.

 

Qeyd edək ki, Konor Makqreqor yüngül çəkidə ikiqat UFC çempionudur. İndi o, yüngül çəkidə yarışır. Konor Makqreqorun son döyüşü 2021-ci ilin iyulunda Castin Puarye ilə baş tutub. Döyüş irlandiyalının ayağının sınması ilə başa çatıb və onun idman karyerasına fasilə verilib.

 

2022-ci ilin martında isə Konor Makqreqor Dublində təhlükəli avtomobil idarə etdiyinə görə saxlanılıb. Ulduz polis bölməsinə aparılsa da, tezliklə məhkəməyə gəlmək öhdəliyi ilə sərbəst buraxılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR