Naxçıvanda 5,3 ballıq zəlzələ oldu - YENİLƏNDİ

Hadisə
23:13 / 28.01.2023
23703
Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Sfera.az-a bildirilib ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.
Zəlzələ 10-15 saniyə davam edib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.
****
Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.