Qüdsdə 2 gündür terror aktları davam edir - Ölənlər var

Qüdsdə 2 gündür terror aktları davam edir - Ölənlər var

Yanvarın 27-də Qüdsdə terror aktı törədilib. Ölən və yaralalanlar var.
 

Sfera.az bildirir ki, ölənlər arasında bir ukraynalı da var. Mərhumun adı və taleyi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
 

Ukraynanın İsraildəki səfirliyi də Qüdsdə baş verən atışma hücumlarını pisləyib.


Xatırladaq ki, ötən gün Yerusəlimdə 21 yaşlı oğlan tapança ilə insanları güllələyib. O, Neve Yaakov bölgəsindəki Ateret Avraham sinaqoquna girərək dindarlara atəş açıb, 7 nəfəri öldürüb, 3 nəfəri yaralayıb.


Hüquq-mühafizə orqanlarının əməkdaşları 20 dəqiqə sonra hadisə yerinə gəlsələr də, atəş açan şəxsi saxlayıblar. Polis rəisi Doron Turgeamn hücumu son illərin ən pis hücumlarından biri adlandırıb və bildirib ki, qatil təkbaşına hərəkət edib.
 

Bu gün isə Qüdsdə ikinci atışma baş verib. KİV-in məlumatına görə, 13 yaşlı fələstinli arxeoloji sahədə 5 nəfərlik qrupa atəş açıb, onlardan ikisi yaralanıb. Polis silahlı şəxsi çıxararaq silahını götürüb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR