DİN-dən ƏMƏLİYYAT: İranlının yaratdığı mütəşəkkil dəstə SAXLANILDI - FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: İranlının yaratdığı mütəşəkkil dəstə SAXLANILDI - FOTO/VİDEO

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan qeyd edilən ölkənin vətəndaşı Omid Karimi və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan Asif Beliyev tutulublar. Bu şəxslərin üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın tiryək, marixuana və elektron tərəzi aşkar edilib.

 

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən dəstənin digər üzvləri Rufan Azəri, Mikayıl Rzayev, İlqar Yunusov, Nahid Abbasov, Xəqani Əzizli, Şəmistan Teymurov, Yunus Muxtarov və Məhəmməd Həsənov saxlanılıblar. Bu şəxslərdən, onların avtomobillərindən və yaşayış ünvanlarından isə ümumilikdə 9 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, psixotrop tərkibli dərmanlar və digər maddi sübutlar aşkar edilib.

 

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...