"Putin fevral və ya martda..." - ŞOK İDDİA

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin fevral və ya martında başlaya biləcək yeni böyük hücuma hazırlaşır.


Sfera.az xəbər verir ki, bu barədə məlumatı Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yayıb.

 

Kremlin nümayəndələri Bloomberg-ə bildiriblər ki, Putin əmindir ki, Rusiyanın ağır hərbi itkilərə dözümlü olması ona uğursuzluqlara baxmayaraq, uzunmüddətli perspektivdə müharibədə qalib gəlməyə imkan verəcək. 

 

İnstitutun proqnozlarına görə, Kreml çox güman ki, yaxın altı ayda Luqansk vilayətində böyük strateji əməliyyatlara hazırlaşacaq.

 

Amerika Müharibənin Öyrənilməsi İnstitutu ekspertlərinin fikrincə, Rusiyanın Zaporojyedəki son məhdud quru hücumlarının səbəbi Ukrayna qüvvələrinin diqqətini yayındırmaq və Luqansk vilayətində hücum üçün zəmin yaratmaq ola bilər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR