Elektromobillər adi avtomobillərdən 3 dəfə bahadır – QİYMƏTLƏR

Elektromobillər adi avtomobillərdən 3 dəfə bahadır – QİYMƏTLƏR

Azərbaycana son illərdə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil – red.) idxalında sürətli artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ölkəmizə 2021-ci ildə 160 ədəd elektromobil idxal olunduğu halda, idxal sayı 2022-ci ildə 486 ədədə yüksəlib. 


2023-cü ildə və sonrakı illərdə elektromobil idxalındakı artımın davam edəcəyi gözlənilir. Çünki bu ilin yanvarın 1-dən ölkəmizə elektromobil idxalı vergilərlə yanaşı rüsumdan da azad edilib. İndi istehsal tarixi 4 ildən az olan elektromobil idxalı üçün yalnız xidmət haqqı alınır ki, o da olduqca kiçik məbləğdir. 


İdxal edilən elektromobillərin sayı artsa da, qeyd edək ki, onların dəyəri adi, yəni dizel və ya benzinlə işləyən minik avtomobillərindən çox yüksəkdir. 


Ötən ilin statistikasına əsasən, idxal edilən bir elektromobilin qiyməti orta hesabla 36,34 min dollar (61,8 min manat) olub. Adi minik avtomobillərinin dəyəri isə 11,8 min dollardır (20,1 min manat). 


Müqayisə göstərir ki, bir elektromobilin dəyəri adi avtomobillərdən 3 dəfə bahadır. 


Məhz qiymət amili daha çox elektromobil idxalının qarşısnı alan əsas amildir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR