Bu şəxslər 400 manat CƏRİMƏLƏNƏCƏK - DİQQƏT!

Cəmiyyət
13:00 / 28.01.2023
16367
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 - 1500 manat hüquqi şəxslər isə 3 000 - 4000 manat məbləğdə cərimə ediləcək.
Sfera.az xəbər verir ki, Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 - 800 manat, vəzifəli şəxslər 2 000 - 2 500 manat, hüquqi şəxslər isə 9 000 - 12 000 manat cərim ödəyəcək.