Röya keçmiş ərindən DANIŞDI: "Yeganə adamam ki, döyülməmiş..." - VİDEO

Röya keçmiş ərindən DANIŞDI:

Xalq artisti Röya Ayxan ötən gün "Bakı Konqres Mərkəzi"ndə canlı solo konsert proqramı ilə çıxış edib. 

 

Sfera.az bizim media-ya istinadən xəbər verir ki, dörd dəfə konsertini təxirə salan sənətçi nəhayət sevənlərini bir araya toplayıb. 

 

Hər mahnısına uyğun səhnə dekorasiyası dəyişən Röya gecedə 25 libas dəyişib. 

 

Bir ifasından digərinə keçən Xalq artisti yenə də tamaşaçıları ilə səmimi ünsiyyəti ilə diqqət çəkib. 

 

Başına qara fata və eyni rəngdə tüldən biçilən iri həcmli "gəlin paltarı"na bənzəyən libasda səhnəni coşduran Röya keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilovdan söz açıb: 

 

"Bunları taxıb, geyindimsə? bildiniz yəni... Bir dəfə ağ geyindim mənə düşmədi. Bu səfər isə qara geyinmək istəyirəm. Bəlkə, məni apardılar. Xalqın qızları var, orası var, burası yoxdur. Orada-burada şeyxlə evlənirlər. Bir dənə "biznesmen" tapıb, ona ərə getdim, onun da evini yıxdılar. "Qır-qızıl" qalmadı satım verim, qutarım özümü. Güclə... Yeganə adamam ki, döyülməmiş boşanmışam. Bax bunu sizə deyirəm. Ona görə yaşadığıma şükür edirəm. Yeganə adamam ki, söz eşitmədən boşanmışam. Boşanma kağızına yazmışam ki, salamat qal. Özümə yox, amma ona güvənirdim". 

 

Qeyd edək ki, Röya Ayxanın iş adamı Anar Cəlilovla evliliyindən Hüseyn adlı oğlu var.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...