"ABŞ qırmızı xətti keçir, Rusiya ordusu parça-parça edəcək" - Kim Çen Inın bacısı 

Şimali Koreya lideri Kim Çen Inın bacısı ABŞ-ın Ukraynanı qabaqcıl döyüş tankları ilə təchiz etmək qərarını pisləyib.

 

Sfera.az xəbər verir ki, Kim Yo Conq Vaşinqtonu “qırmızı xətti” keçməkdə və müharibəni gücləndirməkdə ittiham edib. 

 

"Mən ABŞ-ın Ukraynanı qurudan hücum üçün hərbi texnika ilə təmin edərək müharibə vəziyyətini gərginləşdirməsindən ciddi narahatlığımı bildirirəm. Şübhə etmirəm ki, ABŞ və Qərbin öyündükləri istənilən hərbi texnikası qəhrəman Rusiya ordusu və xalqının sarsılmaz döyüş ruhu və qüdrəti qarşısında parça-parça olacaq”, - o bildirib.

 

İnci


OXŞAR XƏBƏRLƏR