QMİ Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yaydı

QMİ Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb.

 

QMİ-dən Sfera.az-a daxil olan məlumata görə, bəyanatda deyilir:

 

"Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Müstəqil Azərbaycanın suveren ərazisinin – Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.

 

Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.

 

Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.

 

Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaqdır.

 

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.

 

Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakıda Vyetnam liderini qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşıla...

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Sfera.az Oxu.az-a...

Mahir buna görə “Nürnberq”dən gedir - razılaşmayıblar

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonun "Nürnberq"dən ayrılacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu...

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi

Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.   Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agen...

Sənaye parkları bu elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fər...

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqla...