Kənd təsərrüfatı mallarının ixracı 900 milyon dollara çatdı - STATİSTİKA

Kənd təsərrüfatı mallarının ixracı 900 milyon dollara çatdı - STATİSTİKA

Azərbaycan kənd təsərrüfatı mallarının ixracında rekorda imza atıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ildə ölkəmiz 886,1 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib.


Ötən illə müqayisədə ixracda 1 faiz, yəni 8,9 milyon dollar artım baş verib. 


Kənd təsərrüfatı məhsulları arasında ən çox meyvə ixrac edilib. Meyvə ixracından gəlirimiz 449 milyon dollara yüksəlib. Ötən il meyvə satışından ölkəmizin gəliri 38,6 milyon dollar artıb.


İxrac edilən meyvələr arasında qoz-fındıq (112,5 milyon dollar) ən böyük paya sahibdir.  


İkinci ən çox gəlir tərəvəz ixracından əldə edilib. İllik tərəvəz satışı 219 milyon dollar təşkil edib. Tərəvəz ixracında ilk sırada pomidor dayanır. Pomidor ixracından 168 milyon dollar mədaxil olub. 


Kənd təsərrüfatı malları arasında üçüncü ən böyük gəliri pambıq mahlıcından əldə etmişik. Bu məhsul üzrə ixrac 173,5 milyon dollar təşkil edib. Bu il pambıq satışından gəlirimiz 35 milyon dollar azalıb. 


Ümumilikdə, ölkəmizdən 750 min tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulu ixrac edilib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR