Maşın boşdur, İran polisi heç nə etmir - Terrorçunun "uşaqlarla gəlməsi" nağılını ifşa edən YENİ VİDEO

Maşın boşdur, İran polisi heç nə etmir - Terrorçunun

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, hadisə ilə bağlı daha bir video yayılıb.

 

Yayılmış yeni görüntülərdə terror aktını törədən şəxsin səfirliyimizin binasına necə daxil olması əks olunub.

 

Görüntüdən aydın olur ki, terorrçunun gəldiyi maşın boşdur və o, qapıda oturan İran mühafizə polisinə heçnə etmir. Polis isə ona heç bir müdaxilə etmir.

 

Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi terrorçunun “KIA Pride” markalı maşınla səfirliyin inzibati binasının yanına gəldiyini, maşında tək olmadığını, yanında 7 yaşlı oğlan və 14 yaşlı qız övladının olduğunu və onlarla birlikdə səfirliyin binasına daxil olduğunu bildirmişdi.

 

Həmin videonu təqdim edirik:

 

 

 

Vəsilə İbrahim


OXŞAR XƏBƏRLƏR