Putin Almaniyaya müharibə elan edəcək - İDDİA

Putin Almaniyaya müharibə elan edəcək - İDDİA

“Putin Almaniyaya müharibə elan edəcək”.

 

Sfera.az bildirir ki, bu barədə alman nəşri “Bild” məlumat yayıb.

 

Qeyd olunub ki, bu, "Leopard" tankları Ukraynaya təhvil veriləndən sonra olacaq.

 

 Almaniyadan olan analitiklərin fikrincə, Rusiya ordusu Belarus ərazisindən Ukraynanın şimal vilayətlərinə hücum edə bilər: “Bu, Kiyevin ölkənin cənubunda və şərqində qoşun və yeni tanklar cəmləşdirməsinin qarşısını alacaq”.


“Bild” bildirib ki, xüsusilə Ukraynaya çoxsaylı hərbi yardımlardan sonra Bundesverin anbarları xarabalığa çevrilib və məhz bu səbəbdən Rusiyanın müharibə elan etmə ehtimalı gözardı edilməməlidir. Ekspertlər həmçinin, bunu nüvə müharibəsinin başlaması kimi qiymətləndiriblər. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR