“Petkim” böyük məbləğdə kredit alıb

“Petkim” böyük məbləğdə kredit alıb

“Petkim” istiqrazlar üzrə öhdəliyini yerinə yetirmək üçün 300 milyon dollar kredit götürüb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Petkim” bu ay ödənilməli olan 500 milyon dollarlıq istiqrazların qaytarılmasını maliyyələşdirmək üçün “JP Morgan Securities” ilə 300 milyon dollarlıq kredit müqaviləsi imzalayıb. 


Şirkətdən bu gün verilən açıqlamaya görə, 3 illik kreditin illik faiz dərəcəsi SOFR plus 560 baza bəndi olaraq təyin edilib.


Qeyd edək ki, “Petkim” Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR