\"Ey yoldan ötənlər, bir anlıq ayaq saxlayın!\" - Naxçıvana pənah gətirənlərin AĞRILI HƏYAT HEKAYƏSİ

\

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vaxtilə doğma yurdlarından didərgin düşən soydaşlarımızın yenidən həmin ərazilərə qaydışına xidmət edir. Azərbaycan Televiziyasının (AzTV) “AZTV Xəbər” informasiya proqramında doğma torpaqlarından didərgin olunaraq Naxçıvana pənah gətirmiş soydaşlarımızla bağlı maraqlı reportaj hazırlayıb.


Sfera.az xəbər verir ki, reportajda Qoruqlar kəndindəki hasara alınmış kiçik bir qəbiristanlığın girişinə vurulmuş lövhədəki yazılara işarə edilir. Lövhədə yazılıb: “Ey yoldan ötənlər, bir anlıq ayaq saxlayın! Bu məzarlıqda yatanlar qaçqın düşən insanlardır. Zəngəzur mahalının Qafan bölgəsinin Oxçu, Şabadin, Buğacıq, Atqız, Pirdavdan kəndlərindəndirlər. 1918-ci ilin payızında Qapıcıqdan aşıb gəliblər. İndiki gənclər, qan yaddaşınıza yazın bunları!”.


Süjetdə deportasiya qurbanları vaxtilə başına gətirilən müsibətləri sənədlərlə, fotofaktlarla anladırlar. Ətraflı reportajdan izləyə bilərsiniz:
 
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.


QSC-nin nəzdində hazırda 3 televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı – Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.


Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də,  İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.


QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakıda Vyetnam liderini qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşıla...

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Sfera.az Oxu.az-a...

Mahir buna görə “Nürnberq”dən gedir - razılaşmayıblar

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonun "Nürnberq"dən ayrılacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu...

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi

Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.   Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agen...

Sənaye parkları bu elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fər...

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqla...