Tramp: “İndi ABŞ-ın prezidenti mən olsaydım...”

Tramp: “İndi ABŞ-ın prezidenti mən olsaydım...”

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna savaşı ilə bağlı açıqlaması sosial mediada gündəm olub.

 

Sfera.az bildirir ki, o, müharibəni bir günə bitirə biləcəyini açıqlayıb. Tramp bu barədə özünün “Truth Social” adlı sosial şəbəkəsində yazıb. 

 

“İndi mən ABŞ-ın prezidenti olsaydım, 24 saat ərzində bu dəhşətli müharibəni dayandırmaq üçün danışıqlar apara bilərdim. Məsələnin həllinə sülh yolu ilə nail olardım”, deyə Ağ Evin sabiq rəhbəri qeyd edib.

 

Bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan edib ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır. Həmçinin sabiq prezident ABŞ-ın hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın sözlərinə görə, ABŞ administrasiyası Ukrayna ilə bağlı ciddi danışıqlarda Rusiyaya qarşı müəyyən sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazırdır. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR