Peskov NATO ölkələrini HƏDƏLƏDİ: "Biz bununla..."

Peskov NATO ölkələrini HƏDƏLƏDİ:

"NATO ölkələri tanklar göndərməklə müharibəyə daha açıq şəkildə cəlb olunur və bu, onları potensial hədəflərə çevirir".

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri Sergey Karaqanov deyib. O qeyd edib ki, NATO-nun silah tədarükü onları təchiz edən ölkələrə mümkün hərbi cavab tədbirləri ilə nəticələnə bilər.

 

Kremlin sözçüsü Dmitri Peskov isə ötən gün Ukraynaya hərbi dəstəklə bağlı açıqlama verib: 

 

“Avropa paytaxtlarından və Vaşinqtondan daim bəyanatlar verilir ki, Ukraynaya müxtəlif silah sistemlərinin, o cümlədən tankların göndərilməsi heç bir halda bu ölkələrin və ya alyansın Ukraynadakı hərbi əməliyyatlarda iştirakını ifadə etmir. Biz isə bununla qəti şəkildə razılaşmırıq və Moskvada alyansın və qeyd etdiyim paytaxtların etdiyi hər şey münaqişədə birbaşa iştirak kimi qiymətləndirilir. Biz bunun artdığını görürük”.


Qeyd edək ki, bununla da Rusiya bir ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsini artıq Rusiya-NATO münaqişəsi kimi qələmə verməyə çalışır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR