Messi xatırlanacaq, amma onlar heç nə qazana bilməyəcəklər - Zlatan İbrahimovic

Messi xatırlanacaq, amma onlar heç nə qazana bilməyəcəklər - Zlatan İbrahimovic

İsveçli hücumçu 2022-ci il dünya çempionatı zamanı argentinalı futbolçuların davranışından narahat olduğunu bildirib.
 

Sfera.az bildirir ki, karyerasının son pillələrində olan "Milan"ın ulduzu Zlatan İbrahimoviç üçüncü dəfə dünya çempionu olan Argentina haqda o qədər də yaxşı danışmayıb. İbra Messinin əməyinin unudulmayacağını etiraf etsə də, komandanın qalan hissəsini tənqid edib.

Futbolçu “France Inter”ə müsahibəsində: "Messi tarixin ən yaxşı oyunçusu hesab olunur, onun bu kuboku qazanacağına əmin idim. Kilian Mbappe də yenə Dünya Kubokunu qazanacaq. Ona görə də narahat deyiləm. Lakin, digər oyunçular üçün narahatam,çünki onlar bir daha heç nə qazanmayacaqlar. Messi hər şeyi qazandı və yadda qalacaq. Amma biz özünü pis aparan digər oyunçulara hörmət edə bilmərik. Bunu yüksək səviyyəli peşəkar oyunçu kimi deyirəm. Bu bir işarədir ki, bir dəfə qalib gələcəksən, amma bir daha heç vaxt qazanmayacaqsan. Əgər belə davransan, qalib gələ bilməzsən."

Qeyd edək ki, FİFA turnirdən sonra Fransa ilə final matçında argentinalı futbolçuların davranışları ilə bağlı araşdırmaya başlayıb. Qapıçı Emiliano Martinez ən yaxşı müdafiəçi üçün "Qızıl əlcək" aldıqdan sonra nalayiq jest edib, eyni zamanda Mbappeni ələ salıb.

 

Aynil

Açıklama yok.
 


OXŞAR XƏBƏRLƏR