“Roskosmos”un keçmiş top meneceri yanğında öldü - FOTO

“Roskosmos”un keçmiş top meneceri yanğında öldü - FOTO

Rusiyanın iri şirkətlərinin keçmiş top meneceri Dmitri Pavoçka Moskvada baş verən yanğında ölüb.
 

Sfera.az bildirir ki, bu barədə Rusiyanın trlegram kanalında məlumat verilib.
 

Jurnalistlərin məlumatına görə, yanğın Moskvada Leninski prospektində yerləşən elit yaşayış kompleksində baş verib.
 

Yanğın binanın 17-ci mərtəbəsində baş verib və söndürmə zamanı xilasedicilər 49 yaşlı Dmitri Pavoçkanın cəsədini aşkar ediblər. İlkin məlumatlara görə keçmiş top-menecerin siqaretlə yuxuya getməsi yaşayış kompleksində yanğına səbəb olub.


Qeyd edək ki, Dmitri Pavoçka “Suxoy”, “Menatep”, “Lukoyl”, “Rusdragmet”, “Roskomsos” dövlət korporasiyası və digər firmaların layihələrində iştirak edib.
 

Ekspertlər hazırda Dmitri Pavoçkanın öldüyü yanğının bütün şərtlərini müəyyənləşdirirlər.
 

Yaşayış kompleksində baş verən yanğın nəticəsində Dmitri Pavoçkadan başqa heç kim xəsarət almayıb.

 

Aynil


 


OXŞAR XƏBƏRLƏR