ABŞ Konqresi İranla bağlı bu qanunu təsdiqlədi

ABŞ Konqresi İranla bağlı bu qanunu təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası İrandakı nümayişçilərə dəstək verən qanun layihəsini təsdiqləyib.

 

Sfera.ax xarici KİV-ə istinadən xəbər verir ki, qanunun lehinə 420 deputat, əleyhinə isə 1 deputat səs verib.

 

“Dünyada azadlıq və demokratiyanın ən böyük simvollarından biri olan ABŞ Konqresinin Nümayəndələr Palatasında cəsur İran xalqına dəstəyimizi yekdilliklə təsdiq etməyimiz çox vacibdir”, - deyə səsvermədə vurğulanıb.

 

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks bəyan edib ki, İran xalqının üzərinə götürdüyü risk və üzləşdiyi təhlükənin fərqindədirlər.

 

Qeyd edək ki, İrandakı nümayişlərdə 10 mindən çox insan saxlanılıb.

 

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yanvarın 9-da dərc etdiyi hesabatda nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 481 etirazçının öldüyünü bildirib.


OXŞAR XƏBƏRLƏR