Vardanyanın Azərbaycan üçün vəd etdiyi TƏHLÜKƏ: “Yola salınmalıdır”

Vardanyanın Azərbaycan üçün vəd etdiyi TƏHLÜKƏ: “Yola salınmalıdır”

“Ruben Vardanyanın nə danışmasından asılı olmayaraq, o, beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib:

 

“Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrum edib. Demək, Ruben Vardanyan Qarabağı tərk edəcəyi halda, başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin”.

 

Ekspert Ruben Vardanyanın ABŞ və Avropada təhsilini bitiridiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olduğunu da xatırladıb:

 

“O, bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Birincisi, o, bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb. İkincisi, erməni separatçılarının “dövlət naziri” kimi Avropa stukturları ilə əlaqə nəticəsində gələcəkdə işinin başına qayıtmaq istəyib. Təsadüfi deyil ki, Qarabağa köçdükdən sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan “BBC”yə son müsahibəsində Qarabağdan getməyəcəyini bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR