Türkiyə nota aldı

Türkiyə nota aldı

Türkiyə ilə Nigeriya arasında münasibətlər gərginləşib. Nigeriya hökuməti FETÖ ilə əlaqəsi olan məktəbləri bağlamadığını əsas alaraq Türkiyənin 53 nigeriyalı tələbəni saxlamaqda və həbs etməkdə ittiham edir.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Nigeria Today”in xəbərinə görə, FETÖ ilə əlaqəsi olduğu üçün bağlanılan Fateh universitetində oxuyan iki nigeriyalı tələbə 15 iyul çevrilişə cəhdindən sonra saxlanılaraq Silivri həbsxanasına salınıb.
Qəzet yazır ki, ötən cümə günü 50 nigeriyalı tələbə Atatürk hava limanında saxlanılaraq ölkələrinə deportasiya ediliblər.
Nigeriya hökuməti iki hadisəyə görə Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağıraraq izahat tələb edib. Bundan sonra Nigeriya Təmsilçilər Məclisi fövqaladə toplantı keçirərək Türkiyədən üzr istəməsi barədə qərar qəbul edib. Məclisin açıqlamasında deyilir ki, bu cür hallar qəbul edilə bilməz və eyni münasibət Nigeriyadakı Türkiyə vətəndaşlarına da göstərilə bilər. 
Məclisin nümayəndəsi Rita Orji həmçinin bildirib ki, Türkiyənin bu addımına səbəb Nigeriyanın ölkədəki FETÖ ilə əlaqəsi olduğu ehtimal edilən 17 məktəbin bağlamasından imtina etməsidi. "Bu məktəblər yerli qanunları heç bir şəkildə pozmayıb və beynəlxalq hüququn tələblərinə uyğun olaraq onları bağlamayacaq”.


OXŞAR XƏBƏRLƏR