Peskov: “Bu, NATO-nun münaqişədə birbaşa iştirakı deməkdir”

Peskov: “Bu, NATO-nun münaqişədə birbaşa iştirakı deməkdir”

Kreml Almaniyanın 14 “Leopard 2”, ABŞ-ın isə 31 “Abrams” tankını Ukraynaya göndərmək qərarına reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb. 

 

"Vaşinqton, eyni zamanda Avropa ölkələri deyir ki, Ukraynaya tank və digər silah dəstəyinin verilməsi NATO və bu ölkələrin birbaşa münaqişədə iştirak etməsi demək deyil. Onlar Ukraynaya silah, o cümlədən tanklar göndərirlər. Biz bunu həmin ölkələrin münaqişədə birbaşa iştirakı kimi qiymətləndiririk”.

 

Peskov sözügedən dəstəyin Rusiyanın müharibədəki strategiyasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı müzakirələrə də toxunub: “Rusiya ordusunun planlarında heç bir dəyişiklik yoxdur”.

 

Kremlin sözçüsü Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcəyini təkrarlamasına da cavab verib: "Cənab Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik. Bunu Ukraynadakı seçicilərə xatırlatmaq çətin deyil. O, Donbass məsələsini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi. Üstəlik, bunları həyata keçirmək istəmədiyi ortaya çıxdı. Çünki o, müharibəyə hazırlaşırdı. Ona görə də Zelenski artıq prezident Putinin həmsöhbəti olmaq statusunu itirib".

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR